Avropa Şurası Parlament Assambleyası Ermənistan, Azərbaycan və Gürcüstanda LGTBİ-nin (lesbiyanlar, geylər, biseksuallar, transseksuallar və interseksuallar) vəziyyəti ilə bağlı narahatlığını bildirib.
Assambleyanın yanvarın 25-də qəbul edilmiş qətnaməsində (Southern Caucasus: measures to combat alleged violations of the rights of LGBTI people) bu insanların hüquqlarının pozulması haqqında çoxsaylı məlumatlar olduğu qeyd edilir.
Bildirilib ki, Cənubi Qafqaz ölkələri "cinsi orientasiya, gender kimliyi, gender özünüifadəsi və cinsi əlamətlərinə görə ayrı-seçkiliyin aradan qaldırılmasına yönəlmiş səmərəli qanunvericilik qəbul etməli və siyasət həyata keçirməlidir.
Həmçinin, "Gürcüstanın ayrı-seçkiliyə qarşı mübarizədə əldə etdiyi irəliləyişi", həmçinin "Ermənistanda hazırki demokratiyaya keçid prosesi ilə bağlı yaranan imkanları" alqışlayan parlamentarilər Yerevan, Bakı və Tbilisini "LGTBİ nümayəndələrinin hüquqlarını dəstəkləmək üçün ictimai tədbirlər keçirmək hüququna zəmanət verməyə" çağırıblar.
Xüsusən, gey-paradlara icazə vermək və "iştirakçıları istənilən zorakılıqdan qoruyaraq", paradların təhlükəsiz keçirilməsini təmin etmək təklif olunur.
Qəbul edilən qətnamə belçikalı deputat Kristof Lakruanın hesabatına əsaslanır. O, KİV və parlament üzvləri üçün ayrı-seçkilik ehtiva edən və LGBT birliyinə qarşı ədavət yaradan şərhləri qadağan edən davranış məcəllələri qəbul etməyə çağırır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !