AŞPA erməniləri məyus etdi

20:31 | 30.09.2014
AŞPA erməniləri məyus etdi

AŞPA erməniləri məyus etdi

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) dünən keçirilən sessiyasında “Dağlıq Qarabağda və Azərbaycanın işğal edilmiş digər ərazilərində gərginliyin artması haqqında” hesabatın hazırlanmasına dair qərar qəbul edilib.ANS PRESS-in məlumatına görə, Ermənistan deputatlarının müqavimətinə baxmayaraq qərar qəbul edilib. AŞPA siyasi komitəsinin oktyabrın 1-də baş tutacaq iclasında bununla bağlı məruzəçinin seçilməsi məsələsi müzakirəyə çıxarılacaq. Ümumiyyətlə, 2005-ci ilin yanvarında AŞPA lord Atkinsonun hesabatı əsasında Dağlıq Qarabağa dair qətnamə qəbul edib. Sənəddə erməni işğalı pislənilir, Azərbaycanın ərazi bütövlüyünün bərpası tələb olunur. Bu qətnaməyə uyğun olaraq, AŞPA-da Azərbaycan, Ermənistan və digər ölkələrin deputatlarının iştirakı ilə Dağlıq Qarabağ üzrə alt komitə yaradılıb. Lakin son illər erməni nümayəndə heyəti alt komitənin işini əngəlləyib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM