AŞPA-nı seçkilərə dəvət etmək MSK-nın səlahiyyətində deyil - Məzahir Pənahov

15:12 | 06.02.2024
AŞPA-nı seçkilərə dəvət etmək MSK-nın səlahiyyətində deyil - Məzahir Pənahov

AŞPA-nı seçkilərə dəvət etmək MSK-nın səlahiyyətində deyil - Məzahir Pənahov

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) seçkilərə dəvət edilməməsi Mərzəki Seçki Komissiyasının səlahiyyətində deyil. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. 
 
"Azərbaycanda seçkilərə dəvəti qanunun tələblərinə uyğun olaraq 3 qurum göndərir. Milli Məclis,Xarici İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiaysı. Mərkəzi Seçki Komissiyası bu prosesdə seçki inistutları ilə bağlı olan qurumları dəvət edə bilir. Avropa Şurası Parlament Assambleyasını seçkilərə dəvət etmək isə Mərkəzi Seçki Komissiyasnın səlahiyətində deyil. Bununla bağlı hər hansı məlumat verə bilmərik", - Pənahov fevralın 6-da mətbuat üçün keçirdiyi brifində deyib. 
 
Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkilərində müşahidəçi təşkilatlar arasında Avropa Şurası Parlament Assambleyasını (AŞPA) yer almayıb. 
 
Seçki prosesinin izləyəcək təşkilatların siyahısına- Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), Müstəqil Dövlətlər Birliyi (MDB), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Demokratiya və İqtisadi İnkişaf naminə, Təşkilat (GUAM),Türk Dövlətləri Təşkilatı (TDT), Qoşulmama Hərəkatının Gənclər Təşkilatı (QHGT) daxildir. 
 
Gülnar Nazimqızı 
 
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM