Avropa Şurası Parlament Assambleyasının(AŞPA) növbəti sessiyası iyunun 22-26-da Strasburqda keçiriləcək.
"Report" AŞPA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, sessiya çərçivəsində iyunun 7-dəTürkiyədə keçirilən parlament seçkilərindəki müşahidənin nəticələri, Rusiya nümayəndə heyətinin AŞPA-da iştirakı, dəyişən media mühitində media məsuliyyəti və etika məsələləri, həmçinin Ukraynadakı münaqişə nəticəsində itkin düşənlərlə bağlı vəziyyət ətrafında müzakirələr aparılacaq.
İyunun 23-də Azərbaycanda demokratik institutların fəaliyyəti haqqında müzakirələrin aparılması planlaşdırılıb. Mövzu ilə əlaqədar hesabatı AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Tadeuş İvinski təqdim edəcəklər.
İyunun 22-də sessiya çərçivəsində Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Tsrnadak, iyunun 23-də isə BMT baş katibi Pan Gi Mun və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti məsələləri üzrə ali nümayəndəsi Federika Moqerininin çıxış edəcəyi gözlənilir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !