Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsinin bu gün keçirilən növbəti iclası gərginliklə başlayıb. AzNews.az-ın məlumatına görə, AŞPA-ya üzv dövlətlərin nümayəndə heyətləri, Avropa Şurasının baş katibi Torbyorn Yaqland, sözügedən qurumun prezidenti Ann Brössor, MM-in sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərin iştirak etdiyi iclasda ilk olaraq AŞPA-nın prezidenti Ann Brössor çıxış edib. O, Ukrayna məsələlərindən söz açaraq bildirib ki, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyünün təmin olunmasının dəstəklənməsi qurumun başlıca prinsiplərindən biridir. “Biz Avropa Şurasına daxil olan ölkələrin ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığının təmin olunması prinsipini dəstəkləyirik. Biz həmçinin AŞPA-nın üzvü kimi Azərbaycanın da ərazi bütövlüyünü tanıyırıq. Demokratiya və qanunun aliliyi prinsipi ilə biz təşkilatımızı gücləndirə bilərik. Ona görə AŞPA-nın Nazirlər Kabinetinə sədrlik edən ölkələr öz fəaliyyətlərində bu prinsipləri rəhbər tutmalı və islahatları gücləndirmək lazımdır. Sərbəst toplaşmaq , ifadə azadlığı, korrupsiya qarşı sahəsində Azərbaycanda islahatları gücləndirməlidir. Bu məsələlərə təcili məşğul olunmalıdır. Məhkəmələrin Azərbaycanda ədalətli keçirilməsi ilə bağlı problemlər var. Junalistlər bloggerlər etibarlı mənbədən aldığımız məlumata görə, təqiblərə məruz qalırlar. Bu üzv olan ölkələrdə narahatlıq doğurur. Mən dünən İlam Əliyevlə bu barədə danışmışam. İlqar Məmmədov və digər məhbus şəxsləri görmək istədim. Mən bu məsələni prezidentlə də müzakirə etdim. O mənə bildirdi ki, yaxın zamanlarda onu görəcəm. Dünən Avropa İnsan haqları Məhkəməsi onun təqsirsizlik prezumpsiyasını tanıdı. Problemlər öz -özünə həll edilmir. Təkidlə qeyd edirəm ki, həll yollarını birlikdə tapaq. Hesab edirəm ki, hakimiyyət dairələri təcili konstruktiv şəkildə həll edəcəklər. Bzim üzvlərimizdən birinin vizası ləğv olunub. Fransadan olan AŞPA vitse prezidenti Rockerin vizasının ləğv olunması üzv dövlətlər arasında narahatlıq doğurub. Bizim birgə prinsiplərimzidə bu məsələ yoxdur. Ona görə də biz qərara aldıq ki, iki il ərzində komitə iclasları Azərbaycanda keçirilməsin”.Bu çıxışdan sonra söz alam spiker Oqtay Əsədov əsəbi danışıb. O qeyd edib ki, AŞPA Ermənistanın təcavüzü, Azərbaycanın ərazi bütövlüyü, qaçqın və köçkün problemlərinə xüsusi diqqətlə yanaşmalıdır: “Ermənistan Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal edib. ATƏT-in Minsk qrupunun fəaliyyəti 20 ildir nəticə verməyib. Ancaq Ermənistana qarşı hər hansı sanksiya tətbiq edilməyib. Buna görə də Ermənistan üzərindən işğal olunmuş torpaqlarımıza gedən şəxslər “persona non-qrata” elan edilib. Rene Rukeyə viza verilmədiyinə görə AŞPA Bürosu qərar verib ki, iki il ərzində AŞPA-nın komitələrinin Bakıda iclası keçirilməsin. Bu qərar hələ prosedur mərhələsindədir. Ümid edirəm ki, AŞPA Azərbaycanın prinsipial mövqeyini anlayışla qarşılayacaq”. ANN.Az