AŞPA prezidenti Azərbaycandadır

10:08 | 11.09.2019
AŞPA prezidenti Azərbaycandadır

AŞPA prezidenti Azərbaycandadır

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Lilian Mori Paskyenin Azərbaycana rəsmi səfəri başlayıb. 


Anews.az xəbər verir ki, ikigünlük səfər çərçivəsində AŞPA prezidentinin Bakıda rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcəyi nəzərdə tutulub.


Onun Milli Məclisin Ailə, qadın və uşaq məsələləri Komitəsi və İntizam Komissiyasının üzvləri ilə görüşlər keçirəcəyi planlaşdırırlıb.


Eyni zamanda L.M.Paskye sentyabrın 11-də Avropa Şurasının 70 illiyi münasibətilə Bakıda keçiriləcək "Bizim hüquqlarımız, bizim azadlığımız, bizim Avropa" adlı konfransda iştirak edəcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb