“Azərbaycan Avropa Şurasının konvensiyalarının böyük əksəriyyətini ratifikasiya edib, bununla əlaqədar Azərbaycanı təbrik edirəm. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədlər də qəbul etmişik”.APA-nın məlumatına görə, bu sözləri Avropa Şurasının Parlament Assambleyasının prezidenti Anne Brassör Bakıda keçirdiyi mətbuat konfransında deyib. A. Brassör Azərbaycana səfəri zamanı prezident İlham Əliyevlə, parlament və QHT nümayəndələri ilə görüşdüyünü və bu gün Azərbaycan xarici işlər naziri ilə də görüşəcəyini söyləyib. A. Brassör bildirib ki Azərbaycanda insan hüquqları sahəsində problemlər mövcuddur: “Bir necə həftə əvvəl müraciət etmişdim ki, həbsdə olan məhbuslar, eləcə də İlqar Məmmədovla görüşüm. Amma bu görüş alınmayıb. Gələn dəfə Azərbaycana səfər etdikdə onlar yenə həbsdə olsa, mən yenə də onlarla görüşməyə çalışacağam”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !