AŞPA-da Almaniya nümayəndə heyətinin sədri Frank Şvabe X hesabında rəsmi Bakının bu qurumun Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasının lehinə səs verən üzvlərinin ölkəyə girişinin qadağan edilməsi barədə haqqında qərarını tənqid edərək bildirib ki, demokratik ölkələrdə səyahət qadağaları yalnız ekstremistlərə və zorakı cinayətkarlara şamil edilir.
Şvabe həmçinin Azərbaycanın yenə parlament seçkilərinə Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) müşahidəçi kimi dəvət olunmamasına irad bildirib.
Bir müddət əvvəl Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin əleyhinə səs verən deputatları "arzuolunmaz şəxslər" siyahısına daxil edilməsi barədə bəyanat səsləndirmişdi.
Şvabenin "Azadlıq Radiosu"na müsahibəsində Azərbaycanın Avropa Şurasında üzvlükdə maraqlı olmadığı, Avropa Şurasının təbliğ etdiyi dəyərlərə sadiq olmadığı da yer alıb.
"AŞPA-da nümayəndə heyətimizin mandatı bərpa olunmayanadək sözügedən şəxslər Azərbaycana gəldikləri təqdirdə, onlara ölkə ərazisinə daxil olmağa icazə verilməyəcək", - Hacızadə bildirib.
Hacızadə Şvabenin ifadələrini "qərəzli" və "yalan" adlandırıb.
Yanvarın 24-də AŞPA Azərbaycanın Avropa Şurası qarşısında "əsas öhdəliklərini yerinə yetirməməsi", eləcə də prezident seçkilərinə Assambleyadan müşahidəçilər dəvət etməməsi səbəbindən ölkənin nümayəndə heyətinin səlahiyyətlərini 1 il müddətinə təsdiq etməyib.
76 deputat bu qərarın lehinə səs verib, 10-u "əleyhinə" çıxıb, 4-ü isə bitərəf qalıb.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !