Avropa Şurası Parlament Assambleyası Ukraynaya dair qətnaməsində Rusiyanı işğalçı ölkə adlandırıb.
Qətnamə iyunun 25-də müzakirə olunub və Rusiyanın əleyhinə bu ağırlaşdırıcı maddə iclasın gedişindəcə əlavə edilib.
Qətnamə Ukraynanın şərqindəki silahlı münaqişə nəticəsində itkin düşənlərlə bağlıdır.
Qətnamədə göstərilir ki, Rusiyanın Ukraynadakı fəaliyyəti təcavüzkarlıqdır. Kırım ərazisi isə işğal olunub.
AŞPA münaqişə nəticəsində 1300 nəfərin itkin düşdüyünü qəbul edib, lakin onu da əlavə edib ki, reallıqda say bundan da artıq ola bilər.
Qətnamədə Ukrayna hökumətinə itkin düşənlərin axtarışı üçün hansı tədbirlərin görülməli olduğu barədə tövsiyələr də verilir. (azadliq.info)
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !