Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri, xanım Anna Brassör (Anne Brasseur) Azərbaycanda səfərdədir.Bu barədə APA-ya Avropa Şurasının Bakıdakı ofisindən məlumat verilib.Xanım Brassörün səfərinin məqsədi AŞPA Daimi Komitəsinin mayın 23-də Bakıda keçiriləcək iclasında iştirak etməkdir.Səfər zamanı A. Brassör Azərbaycan prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, baş nazir Artur Rasizadə, xarici işlər naziri Elmar Məmmədyarovla da görüşəcək.Mayın 23-də AŞPA sədrinin səfərin yekunlarına dair mətbuat konfransı keçiriləcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !