Ağstafa rayonunda kütləvi dava olub, xəsarət alanlar var.
Anews.az xəbər verir ki, Report-un Qərb bürosunun məlumatına görə, hadisə rayondakı kafelərdən birində baş verib.
Belə ki, bir neçə nəfər kafedə yeyib-içdikdən sonra onlar arasında mübahisə yaranıb. Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. Nəticədə Eynalli kənd sakini, 1989-cu il təvəllüdlü Abdullayev Rövşən Məzahir oğlu və Pirli kənd sakini, 1992-ci il təvəllüdlü Qurbanzadə Teyyub İlqar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !