Azərbaycandan köçməyimlə bağlı yayılan xəbərlər cəfəngiyyatdır.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Astan Şahverdiyev deyib.
"Üstəlik, məlumatda mənbə olaraq anamı göstərirlər. Anam 1965-ci ildə, 51 yaşında vəfat edib. Mən onun yeddi övladından altıncısıyam, hazırda 71 yaşım var. Axı, mənim anam necə sağ ola bilər?! Bu barədə yazılanların heç bir əsası yoxdur”, - deputat bildirib.
Qeyd edək ki, mətbuatda Cəbrayıldan olan millət vəkili Astan Şahverdiyevin Azərbaycandan köçməsi ilə bağlı xəbər yayılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !