Sentyabrın 11-də Qazaxıstanın paytaxtı Astanada Türk Şurasının beşinci zirvə toplantısı keçiriləcək.
"Report" "Today`s Zaman"a istinadən xəbər verir ki, sammitin əsas mövzusu media və informasiya məsələləri olacaq.
Astana sammitindən əvvəl, sentyabrın 5-də təşkilatın Təhsil nazirlərinin növbəti görüşü keçiriləcək, sentyabr 10-da isə Türk Şurasına üzv dövlətlərin Xarici işlər nazirləri bir araya gələcəklər.
Xatırladaq ki, 2013-cü ildə Türk Şurasının sammiti Azərbaycanın Qəbələ şəhərində, 2014-ci ildə isə Bodrumda baş tutub.
Türk Şurası təşkilatı 2009-cu ilin oktyabrında Naxçıvanda yaradılıb. Təşkilata Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan daxildir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !