Astarada 6 otaqlı ev yanıb

20:01 | 17.04.2024
Astarada 6 otaqlı ev yanıb

Astarada 6 otaqlı ev yanıb

Astarada 6 otaqlı ev yanaraq külə dönüb.

"Report”un məlumatına görə, yanğın rayonun dağlıq ərazisində, Marzəsə kəndində, Maarif Mütəllim oğlu Babayevə məxsus fərdi yaşayış evində baş verib.

FHN Astara Rayon Yanğından Mühafizə Hissəsinin texnikaları yol olmadığından hadisə yerinə çata bilməyiblər. Nəticədə iki mərtəbəli 6 otaqlı yaşayış evi bütünlüklə yanıb.

Yanğının səbəbi araşdırılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb