Astarada 83 yaşlı kişi 72 yaşlı arvadını qısqandı və güllələdi ŞOK!

10:22 | 15.11.2013

Yaşlı kişi hadisəni ailə mübahisəsi zəminində törədib və sonra özünü də güllələyib

Ötən gecə Astara rayonunda dəhşətli cinayət baş verib. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Sıralani kəndində 1930-cu il təvəllüdlü İsmayıl Qulam oğlu Qulamov, arvadı - 1941-ci il təvəllüdlü Məhbubə Xanhəsən qızı Nurəliyevanı odlu silahla güllələyib. 83 yaşlı kişi 72 yaşlı arvadını öldürdükdən sonra özünü güllələyib.

Qeyd edək ki, hadisənin ailə mübahisəsi zəmnində baş verdiyi bildirilir.

Deyilənlərə görə, yaşlı kişi arvadını qısqandığı üçün hadisəni törədib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb