Astarada ağır yol qəzası - bir ailənin üç üzvü yanaraq ölüb - Yenilənib

22:37 | 01.04.2024
Astarada ağır yol qəzası - bir ailənin üç üzvü yanaraq ölüb - Yenilənib

Astarada ağır yol qəzası - bir ailənin üç üzvü yanaraq ölüb - Yenilənib

Astarada baş verən qəzada bir ailənin 3 üzvü avtomobildə yanaraq ölüb.

"Qafqazinfo”nun məlumatına görə, qəza axşam saatlarında Ələt-Astara-İran sərhəd avtomobil yolunun 201-ci kilometrliyində Astara rayonun Ərçivan kəndindən keçən hissəsində qeydə alınıb.
 
Astara rayonun Şiyəkəran kənd sakini 31 yaşlı Elman Mirzəmməd oğlu Əliyevin idarə etdiyi BMW markalı 99-SZ-632 dövlət qeydiyyat nömrə nişanlı avtomobil hərəkətdə olarkən, idarəetməni itirərək yol kənarında dayanan Rusiya vətəndaşı 56 yaşlı Maqammədəmin Abdullaşa məxsus iri tonajlı yük avtomobilinin altına girib.

Zərbənin təsirindən avtomobil alışaraq yanıb.
Qəza nəticəsində sürücü və onun həyat yoldaşı 22 yaşlı Fərqanə ilham qızı Əliyeva, eləcə də onların 3 yaşlı uşaqları Gülxanım  Mirzəmməd qızı Əliyeva avtomobildə yanaraq ölüblər.

Dərhal hadisə yerinə FHN-nin Astara rayon yanğından mühafizə xidmətinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi, FHN-nin Cənub regional mərkəzinin xilasetmə qrupunun iki briqadası cəlb olunub.

Meyitlər nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
 
 
 ***

Astara rayonunda ağır yol qəzası olub.
 
Modern.az xəbər verir ki, hadisə axşam saatlarında Ələt-Astara magistralının Astara rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Hərəkətdə olan "BMW" markalı minik avtomobili iri tonnajlı "DAF" markalı yük avtomobilinın altına girib. "BMW" markalı minik avtomobilində ölənlər var. Hazırda onlar yük avtomobilinin altından çıxarılır.
 
Faktla bağlı araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM