Astarada rüşvətə etiraz etdiyinə görə işdən azad edilən ingilis dili müəllimi- VİDEO

19:18 | 17.01.2020
Astarada rüşvətə etiraz etdiyinə görə işdən azad edilən ingilis dili müəllimi Fuad Mehrəli Bəylər oğlu rüşvət vermədiyinə və qarşı çıxdığı üçün işdən azad edilib.

Astara rayon təhsil şöbəsi, Polis və icra hakimiyyəti tərəfindən dəfələrlə ailəsi və özünə təziq göstərilib. Dəfələrlə məhkəməyə müraciət edən Fuad Mehrəli müxtəlif səbəblərdən hüquqları təmin olunmayıb. Müxtəlif rəy və bəhanələr ilə işinə əngəl yaradan, şərəfli peşə olan müəllimliyi ucqar ərazilərdə təbliği və keyfiyyəti ilə məşqul olmalı olan Astara Təhsil Şöbəsi ölkədə baş verən islahatlara və təhsil camiasına açıq meydan oxuduğunuda hiss etmək çətin deyil.

Təəssüflər olsun ki, bu qanunsuzluğa bir çox dövlət orqanları tərəfdaşlıq edib və qanunun aliliyini unudublar.

Bu müraciət əslində bir çox məktəblərdə baş verən hadisələrin, müəllimlərə qarşı olan təziqin kiçik bir hissəsidir.

Görünən odur ki, Astara Rayonunda ölkə başçımız Cənab İlham Əliyevi və Təhsil Naiziri Ceyhun Bayramovu aldadırlar.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.

Astarada rüşvətə etiraz etdiyinə görə işdən azad edilən ingilis dili müəllimi Fuad Mehrəli Bəylər oğlu video müraciətdə bütün prosesləri mərhələli olaraq izah edib.

Hokm.az həmin videonu sizlərə təqdim edir:
 



www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM