Astaranın sitrus bağlarında kütləvi xəstəlik yayıldı

10:15 | 07.05.2019
Astaranın sitrus bağlarında kütləvi xəstəlik yayıldı

Astaranın sitrus bağlarında kütləvi xəstəlik yayıldı

Astaranın sitrus bağlarında kütləvi xəstəlik yayılıb.


ONA-nın cənub bürosunun verdiyi məlumata görə, bir neçə gündür rayonun Siyəkü kəndində meyvə ağacları qurumağa başlayıb.


Gəlirləri əsasən sitrus bağlarından çıxan kənd sakinləri ağacların çiçəklənmə dövründə yaranan bu ciddi problemlə bağlı çox narahatdır. İndiyədək belə halla rastlaşmadıqlarını bildirən təsərrüfat sahibləri vaxtlı-vaxtında aqrotexniki qulluq görən ağacların sürətlə qurumasının səbəbini anlamırlar. Ağaclar yuxarıdan aşağıya, yarpaqdan kökə kimi sıradan çıxırlar.


Daha çox naringi ağaclarında müşahidə olunan bu problemə səbəb, ilkin ehtimala görə, göbələk xəstəliyidir. Kənd sakinləri vəziyyət belə davam edərsə, gələn ilin sonunadək bütün ağacların tələf olacağını qeyd edirlər.


Məsələ ilə bağlı Astara Rayon Bitki Mühafizəsi Mərkəzindən bildirilib ki, hazırda həm Siyəkü, həm də ətraf kəndlərdəki 200-250 hektar ərazidə meyvə təsərrüfatları nəzarətdədir. Aidiyyəti orqanlar tərəfindən nümunələr götürülüb və laboratoriya müayinələrinin cavabı gözlənilir.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb