Soyuq müharibənin əvvəllərində yadplanetlilər Yer kürəsinə gəldilər və ABŞ-la SSRİ arasında nüvə müharibəsinin baş verməsinə əngəl oldular.
Axar.az xəbər verir ki, bu barədə NASA-nın 84 yaşlı astronavtı Edqar Mişel deyib. O, yadplanetlilərlə bağlı xatirələrini bölüşüb:
"Soyuq müharibənin əvvəllərində yadplanetlilər Nyu-Meksiko ştatında yerləşən məşhur "White Sands” nüvə sınaq mərkəzini ziyarət etdilər. Onlar bizim hərbi bacarıqlarımızı görmək istəyirdilər. Yadplanetlilər insanları müharibədən çəkindirməyə və sülhü təmin etməyə çalışırdılar. Soyuq müharibə dövründə həmin mərkəzdə işləyən bəzi əsgərlərlə danışdım. Onlar mənə UNO-ların tez-tez göründüyünü və sınaq raketlərini təsirsiz hala gətirdiklərini söylədilər. Sakit okeandakı bazalarda çalışanlar da ilk raket sınaqlarının UNO-lar tərəfindən müvəffəqiyyətsizliyə uğradıldığını bildirdilər”.
Qeyd edək ki, Edqar Mişel Apollon-14 kosmik gəmisi ilə 1971-ci ildə Aya gedən heyətdə olub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !