Ağsu rayonunda kəndləri yandıran kimdir?- RƏSMİ AÇIQLAMA-FOTOLAR

14:01 | 24.08.2021
Ağsu rayonunda kəndləri yandıran kimdir?- RƏSMİ AÇIQLAMA-FOTOLAR

Ağsu rayonunda kəndləri yandıran kimdir?- RƏSMİ AÇIQLAMA-FOTOLAR

Ağsu rayonun Bico və Keçdiməz kəndlərində naməlum şəxslər tərəfindən evlərə və həyətyanı sahələrə od vurulur və yanğın baş verir, bu barədə adlarının anonim saxlanmasını istəyən bir qisim kənd sakini Anews-a məlumat verib. 

"Avqustun 23-ü Keçdiməz kənd sakinlərindən birinin 2000-ə qədər ot tayası, mal tövləsi də yandırılıb. Bunu maskalı şəxslər edir. Hadisə əsasən gecə saatlarında baş verir",  -  deyə kənd sakini bildirib. 

Ağsu rayon bələdiyyəsinin sədr müavini Namiq Babaxanov da yanğınların baş vermə faktını təsdiq edib. "Özüm şəxsən yanğın sahəsinə baş çəkmişəm. Çöllükdür,  havanın temperaturunun 45 dərəcə olduğu şəraitdə belə hadisənin ba verməsi təbiidir. Yanğının insan tərəfindən qəsdən törədilmədiyini düşünürəm" , -  deyə bələdiyyə sədri bildirib.
 
Daxili İşlər Nazirliyinin regional qrupunun baş inspektoru Mahir Məsimovun sözlərinə görə,  sözügedən hadisə ilə bağlı quruma müraciətlər daxil olub, 
Baş verən hadisə ilə bağlı araşdırma işləri aparılır, hazırda saxlanılan yoxdur.

Qurumun əməkdaşı şikayətçilərin maskalı şəxs tərəfindən kənd sakinlərindən birinə iynə ilə zərər vurulduğunu dediklərini bildirib.

Bico kəndinin ərazisi 4324 ha sahəni əhatə edir. Eyni zamanda Ağsu rayonunun ən hündür nöqtəsidir. Şərqdən Keçdiməz kəndi ilə qonşudur.
 
Samirə Əli
 




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti