Ağsuda məktəb direktoru xadiməni döydü

12:44 | 25.06.2015
Ağsuda məktəb direktoru xadiməni döydü

Ağsuda məktəb direktoru xadiməni döydü

Ağsu rayonunda məktəb direktorunun xadiməni döyməsilə nəticələnən insident baş verib.

ANN.Az aznews.az-a istinadən xəbər verir ki, rayonun Keçdiməz kənd orta məktətinin direktoru Maarif Səmədov xadimə Rəsiqə Orucovanı döyüb. Hadisə məktəbdə səhər saatlarında baş verib.

Hadisənin baş verməsinə səbəb xadimənin işə gecikməsi olub. Onlar arasında başlayan mübahisə sonda direktorun xadiməni döyməsi ilə nəticələnib. Zərbələrdən ağır xəsarətlər alan R.Orucova xəstəxanaya aparılıb.
 
Ağsu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin rəisi Hüseyn Mənsimli faktı təsdiqləyib. O bildirib ki, direktor M.Səmədov xadiməni döymədiyini iddia edir. Ekspertiza rəyi isə R.Orucucovanın döyüldüyünü təsdiq edir.
 
Faktla bağlı Ağsu Rayon Prokurorluğunda cinayət işi açılıb. Araşdırma aparılır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM