İslam inancına görə, peyğəmbərlərin həyatı ilə bağlı bir çox mühüm hadisələrin baş verdiyi, bərəkət, paylaşma və birlik simvolunun edildiyi və həm də Kərbəla hadisəsinin baş verdiyi, Məhərrəm ayının onuncu gününə təsadüf edən "Aşura günü” 2023-cü il iyulun 28-ə təsadüf edir.
Sünni təriqətindən olan əksəriyyət üçün bu gün onun müqəddəs mahiyyətini ifadə edən məscidlərdə oruc və xüsusi dualarla qeyd olunur.
Şiə əksəriyyət üçün isə bu gün matəm günüdür və bu gün məscidlərdə yas tuturlar.
"Aşura günü İslam tarixində əhəmiyyəti olan böyük hadisə hesab olunur. Bir şəadət məktəbi olaraq bilinir, bir təslimiyyət məktəbi olaraq anılır. İçərisi acılarla, dərdlərlə hətta soyqırımla dolu olsa da bir sevgi və qardaşlıq məktəbi olaraq tərənnüm edilir. O məktəb haqqında İmam Hüseynin bacısı tərəfindən deyilən söylənilən bir cümlə var. Ondan soruşulur ki, Kərbəlanı necə görürsən o da cavab verir ki, gözləllikdən başqa heç nə görmürəm deyir. Bunun mahiyyəti etibari ilə, Kərbəla böyük bir dərd məktəbi olsa da, günümüz insanından tələb elədiyi şeylər var. Bizdən tələb edir ki, bu zəmanənin müsəlmanları olaraq öz dininizə və mənəviyyatınıza daha yaxından bağlanın ki, evinizdə, iş yerinizdə, vətəninizdə kərbəla yaşanmasın. Sanki Kərbəla hayqırıb halq diliylə bizə bu həqiqətləri söylüyür”, - İlahiyyatçı Ağa Hacıbəyli bildirib.
Sünni müsəlmanlar üçün Aşura Allahın bərəkətidir. Sünni icmalarında bu gün oruc və dini mərasimlərlə, o cümlədən kütləvi yeməklərlə qeyd olunur. Rəvayətlərə görə, Aşura günü Həzrət. Musa dənizi yardıqdan sonra Firon və ordusunun su altında qaldığı, Həzrət Nuhun gəmisini Cudi dağında lövbər saldığı, Hzəzrət Yunusun balığın qarnından xilas olduğu, Həzrət Adəmin tövbəsinin qəbul olunduğu, Həzrət İsanın yer üzünə gəlib göyə yüksəldiyi, Həzrət Yusifin qardaşlarının atdığı quyudan çıxarıldığı, Həzrət Davudun tövbəsinin qəbul olunduğu, Həzrət İbrahimin oğlu Həzrət İsmayılın doğulduğu, Həzrət Yaqubun yenidən görməyə başladığı, Həzrət Əyyubun xəstəliyindən sağaldığı gündür.
Digər tərəfdən, şiə müsəlmanlar üçün Aşura Kərbəla döyüşü zamanı Hz. Məhəmmədin nəvəsi İmam Hüseynin vəfatının faciəli ildönümünü qeyd edən matəm günüdür. Şiə icmaları bu münasibətlə ayinlər keçirir və müharibə hadisələrini canlandıran tamaşalar səhnələşdirirlər. Fədailər xəlifə I Yezidə sadiq Əməvi qüvvələrinə qarşı çıxan İmam Hüseyn və onun tərəfdarlarının rollarını həvəslə götürürlər.
"İslam aləmində Aşura gününə fərqli baxış var. Fərqli cərəyanların fərqli münasibətləri var. Amma heç bir müsəlman, məzhəb və ya təriqətindən asılı olmayaraq, Aşura gününü bayram olaraq qəbul eləmir. Çünkü Aşura günündə Peyğəmbərimizin sevdiyi, seçdiyi, Cənnət gənclərinin rəhbəri dediyi, bir zatla bərabər 72 insanın qətliamı var. Bu günü kim bayram edə bilər. Bir şey var burada. Peyğəmbərimizin dövrünə qədər Aşura günü bayram abu-havasında keçirilib. Başda Adəm peyğəmbər olmaqla bir çox peyğəmbərin tövbəsinin qəbul olduğu, İbrahim peyğəmbərin atəşdən qurtulduğu, Musa peyğəmbərin Fironu dənizə gömdüyü gün olaraq qeyd edilir. Eyni zamanda peyğəmbərimiz Məkkədən Mədinəyə hicrət etdiyi zaman Məhərrəm ayında, o yerdə Aşura gününün orucunu tutuqlarını görür və sahəbələrinə əmr eləyir ki, siz də oruc tutun. Yəni bu baxımdan, tariximizin dərinliklərində Aşuraya fərqli baaxışlar var. Amma 680-ci ildə Kərbəla hadisəsindən sonra, Aşuraya münasibət birmənalı olaraq dəyişib bütün İslam dünyasında. Burda fərqliliq odur ki, bir tərəf matəm görür və digər tərəf də matəm görmür”, - Hacıbəyli fikirlərini bildirib.
Şiəlik məzhəbi birinci mərhələsi 632-ci ildə Məhəmməd peyğəmbərin ölümündən sonra başlayıb və 680-ci ildə Kərbəla döyüşünə qədər davam edib. İkinci mərhələsi isə, şiənin müsəlman icması daxilində ayrıca bir məzhəb olaraq fərqləndirilməsi və ayrılması ilə Kərbəla hadisəsindən sonra başlayır.
Rabia Hale Seferoğlu
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !