At avroqəza yaratdı, sərnişin qadın öldü - Salyanda

16:08 | 20.12.2013
At avroqəza yaratdı, sərnişin qadın öldü - Salyanda

At avroqəza yaratdı, sərnişin qadın öldü - Salyanda

Salyan rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi sonda ölümlə nəticələnib.ANN.Az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 18-də Salyan rayonu ərazisində Neftçala rayon sakini Natiq Nəsirov idarə etdiyi "Daewoo" markalı avtomobillə yolun hərəkət hissəsinə çıxaraq atı vurub və idarəetməni itirdiyindən avtomobili yolun kənarındakı dirəyə çırpıb.N.Nəsirovun sərnişini - həmyerlisi Məlahət Əliyeva xəstəxanaya yerləşdirilib. Lakin həkimlərinə səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və Məlahət Əliyeva dekabrın 19-da orada ölüb.Faktla bağlı araşdırma aparılır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM