"AtaBank” ASC 26-cı
il dönümü ilə bağlı Qarabağ uğrunda gedən Aprel döyüşlərində yaralanmış hərbçimizin
kredit borcunu bağışlayıb.
Hərbçimiz AtaBank-ın
Mərkəz filialına dəvət edilib və İdarə Heyəti sədrinin müavini Kamran Orucəliyev
və Biznesin İnkişafı departamentinin direktoru Oruc İbrahimov ilə görüşüb.
Görüş zamanı "AtaBank” ASC-nin İdarə Heyəti sədrinin müavini K.Orucəliyev
bildirmişdir: "Torpaqlarımız
uğrunda döyüşən, vətən keşiyində duran əsgər və hərbçilərimiz hər zaman dövlətimizin
diqqət mərkəzindədir. Lakin ölkənin özəl sektoru da, ələxsus iri şirkətlər və
bank kimi maliyyə institutları da müstəqilliyimiz uğrunda canlarını fəda etməyə
hazır oğullarımızı və onların doğmalarını unutmamalıdır. Bank olaraq vətənin çətin
günlərində düşmənə sinə gərənlərin sosial durumunu nəzərə alıb bacardığımız
yardımı əsirgəməməliyik.”
Xatırladaq ki,
"AtaBank” ASC bundan öncə də Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü ilə əlaqədar
olaraq Qarabağ uğrunda gedən döyüşlərdə yaralanmış hərbçimizin kredit borcunu
bağışlayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !