Hər zaman korporativ sosial məsuliyyətə böyük önəm verən "AtaBank”
ASC dövlət tərəfindən koronavirusun (COVID-19) yayılmasına qarşı yönəlmiş və
onun mənfi təsirini azaltmaq üçün həyata keçirdiyi tədbirləri tamamilə
dəstəkləyir.
Beləliklə, ölkə Başçısı cənab İlham Əliyevin 19 mart 2020-ci il
tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək
Fonduna AtaBank 100 min manat məbləğində ianə köçürüb.
Bankın bu mübarizəyə dəstək olmaq qərarı xalqımızla həmrəy olmasının bir
nümunəsidir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !