AtaBank da koronavirusla mübarizəyə dəstək oldu

17:35 | 02.04.2020
AtaBank da koronavirusla mübarizəyə dəstək oldu

AtaBank da koronavirusla mübarizəyə dəstək oldu


 
Hər zaman korporativ sosial məsuliyyətə böyük önəm verən "AtaBank” ASC dövlət tərəfindən koronavirusun (COVID-19) yayılmasına qarşı yönəlmiş və onun mənfi təsirini azaltmaq üçün həyata keçirdiyi tədbirləri tamamilə dəstəkləyir.

Beləliklə, ölkə Başçısı cənab İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna AtaBank 100 min manat məbləğində ianə köçürüb.

Bankın bu mübarizəyə dəstək olmaq qərarı xalqımızla həmrəy olmasının bir nümunəsidir.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank” ASC 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb