"AtaBank” ASC 26-cı il dönümündə ənənəvi əmanət kampaniyasına start
verdi. Hər kəsin səbirsizliklə gözlədiyi
hədiyyəli əmanət kampaniyası bu dəfə "Yeni ilə iPhone ilə” adı altında başlayır və müştərilərə daha
cəlbedici hədiyyələr təklif edir.
Kampaniya
çərçivəsində, 12.11.2019–31.12.2019-cu il tarixləri arasında AtaBank-da əmanət
yerləşdirən müştərilər şərtlərə uyğun istədikləri hədiyyəni seçmək hüququna
malikdirlər.
Belə ki, AtaBank-da
10 000 AZN, 10 000 USD/EUR-dan yuxarı əmanət yerləşdirən yeni və
mövcud əmanətçilər kampaniyada iştirak edərək bu hədiyyələrə sahib ola
bilərlər: iPhone 11, Pro və Pro Max telefonları, İsma
Bike, Gəncə Beynəlxalq Xəstəxanasında tam klinik müayinə, Excelsior
Hotel Shamkir, Qalaaltı Hotel & SPA, Shamakhi Palace Sharadil, Quba Palace,
Lankaran Springs &
Wellness Resort, Garabag Resort & SPA, Aura SPA, otellərində istirahət paketləri, Uludağ/Şri-Lanka/Şarm-Əl-Şeyx/Dubay istiqamətlərinə səyahət imkanı.
Kampaniya yalnız 12, 24 və 36 ay müddətinə (faizlərin ödənişi aylıq, rüblük və ya müddətin
sonu) açılan əmanətlərə şamil edilir və Əmanətlərin Sığortalanması Fondu
tərəfindən sığortalanır.
Kampaniya yalnız fiziki şəxslərə şamil olunur və 31
dekabr 2019-cu il tarixinədək qüvvədədir. Bu fürsəti qaçırmayın!
1993-cü ildən fəaliyyət göstərən "AtaBank” ASC 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !