“Atan 10 günlük Türkiyəyə gedir, orada kasıblara kömək edəcək” — Kamildən qızına

22:54 | 12.05.2020
Xəbər verdiyimiz kimi, tanınmış idmançı Kamil Zeynallı həbs edilib.

Anews.az azxeber.com-a istinadən xəbər verir ki, o xüsusi karantin rejimini pozduğuna görə 10 sutka həbs cəzası alıb.
Nərimanov rayon məhkəməsində idmançıya hökm oxunub.
İdmançının dostu Rövşən Tağıyev Kamilin məhkəmədən sonra qızı ilə danışdığını deyib.
O sosial şəbəkədə yazıb: 

"Bu sözlər, mənə bu gün, çox pis təsir etdi.
Kamil məhkəmədən sonra övladı ilə telefonda danışdı: Qızım ata 10 günlük Türkiyəyə gedir, oradakı kasıblara ərzaq paylamağa, nigaran qalma. Ata səni çox istəyir, telefonum işləsə sənə tez-tez zəng vuracam”
 


www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM

Xəbər lenti