"AtaBank” ASC AtaNet mobil və internet
bankçılıq xidməti istifadəçiləri üçün növbəti yeniliyi təqdim edir. Beləliklə,
bank əməliyyatları, kredit ödənişləri və bank hesablarına nəzarətlə yanaşı,
digər gündəlik ödəmələri də AtaNet tətbiqindən çıxmadan tez və rahat həyata
keçirmək mümkündür. Artıq AtaNet-də kommunal xidmətləri, Naxçıvan MR üzrə
ödənişləri, telefon, internet, kabel televiziyasını ödəmək imkanı mövcuddur.
Mütəmadi olaraq yenilənən müasir
bankçılıq proqramı olan AtaNet-i App
Store və Play Store-dan asanlıqla yükləyə
bilərsiniz. Müştəri nömrəsi və ya Asan İmza ilə təhlükəsiz giriş və əməliyyat
imkanı verən mobil əlavə, həmçinin barmaq və üztanıma funksiyalarını da
dəstəkləyir. Qeyd edək ki, AtaNet xidmətindən üç dildə (Azərbaycan, Rus, İngilis)
yararlanmaq mümkündür.
Bankın xidmət və məhsulları haqqında daha
ətraflı öyrənmək istəyən şəxslər 136 qaynar xəttinə
zəng vura və ya bankın internet səhifəsini ziyarət edə bilərlər - https://atabank.com/az/
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !