Yataq xəstəsi anası olan 19 yaşlı gənc qızın, öz atası tərəfindən işgəncələrə məruz qaldığı görüntülər sosial şəbəkədə paylaşıldıqldan sonra mətbuatın da gündəminə düşüb.
Anews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, etdiyi yardımlarla hər zaman adından söz etdirən müğənni Haluk Levent gənc qıza kömək edəcəyini, vəhşi atanın cəzalandırılması üçün əlindən gələni edəcəyini bildirib.
"Qızımızla əlaqə qura bildik. Təəssüf ki, atası tərəfindən Tuğbaya daha pis davranışların edilməsi mümkündür. Vəkil Turgay Özcan hər cür hüquqi durumlarla maraqlanacaq. Qızımızın səhhətindəki problemi və maddi problemlərini həll edəcəyik.
Qeyd edək ki, bir neçə gün öncə Taksim Tarlabaşı bölgəsində bir evdə yaşayan 19 yaşlı gənc qız öz atasının işgəncəsinə məruz qalıb. O kömək üçün fəryad edərkən, işgəncə görüntüləri qısa müddətdə sosial mediada yayılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !