• $ 1.7
  • € 1.9286
  • ₽ 0.020859
  • ₺ 0.044
  • £ 2.2683

Atasına başdaşı düzəltdirmək üçün su satan Elvinlə bağlı - Açıqlama

Atasına başdaşı düzəltdirmək üçün su satan Elvinlə bağlı - Açıqlama
06.06.2023 12:32
Ötən həftədən bəri sosial şəbəkələrdə vəfat edən atasına başdaşı qoymaq üçün su daşıyıb satan 10 yaşlı Elvinin videosu yayılıb.

Videoda bir neçə il əvvəl anasının onları qoyub getdiyini deyən azyaşlı qardaşı ilə birlikdə nənəsinin himayəsində yaşadığını qeyd edib.
 
Elvinin sözlərinə görə, suya görə qazandığı 15 manatı isə atasına başdaşı düzəltdirmək məqsədilə nənəsinə verir.

Ailənin sosial vəziyyəti, hər hansı sosial yardım verilib-verilmədiyini öyrənmək üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət etdik. Fonddan "Qafqazinfo”nun​ sorğusuna cavab olaraq bildirildi ki, ailəyə ünvanlı sosial yardımla bağlı müraciət etmələri tövsiyə olunub.
 
"Gədəbəy rayonu, Slavyanka kənd sakinləri 10 yaşlı Yusubov Elvin Elbrus oğlu və qardaşı 13 yaşlı Yusubov Emin Elbrus oğlunun hər birinə ailə başçısını itirməyə görə 120 manat aylıq müavinət verilir. Həmçinin nənələri (qəyyumları) Yusubova Fatma Bəşir qızına 327,2 manat yaşa görə pensiya ödənilir. Ümumilikdə ailəyə 567,1 manat aylıq sosial ödəniş edilir.

Ötən dövrdə ailə ünvanlı sosial yardım üçün heç zaman müraciət etməyib. Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları ailənin yaşadığı ünvanda olaraq onlara görüşüb. Ünvanlı sosial yardımla bağlı qanunvericiliyin tələbləri ailəyə izah olunaraq, ünvanlı sosial yardımla bağlı müraciət etmələri tövsiyə edilib. Müraciət edildiyi halda həmin ailənin sosial yardım almaq hüququna baxılaraq qərar veriləcək”.

Artıq ötən gün sosial şəbəkədə Elvinin atasının məzarına başdaşı qoyulduğunu əks etdirən foto da yayılıb. 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu
Cəmiyyət 12:25
Sabahın hava proqnozu
Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - Video
Cəmiyyət 12:10
Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - Video
AZAL Bakı-Moskva-Bakı reysi üzrə uçuşları bərpa edib
Cəmiyyət 11:09
AZAL Bakı-Moskva-Bakı reysi üzrə uçuşları bərpa edib
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Cəmiyyət 10:55
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Ötən gün vətəndaşların bank kartlarından 11 min manatdan çox pul oğurlanıb
Cəmiyyət 10:37
Ötən gün vətəndaşların bank kartlarından 11 min manatdan çox pul oğurlanıb
Mehriban Əliyeva Qələbə Günü münasibətilə paylaşım edib
Cəmiyyət 10:13
Mehriban Əliyeva Qələbə Günü münasibətilə paylaşım edib
Çaylarda sululuq artıb
Cəmiyyət 10:10
Çaylarda sululuq artıb
“BakıKart”da problem yaranıb
Cəmiyyət 09:25
“BakıKart”da problem yaranıb
Qazaxda yol qəzası olub,4 nəfər xəsarət alıb
Cəmiyyət 23:56
Qazaxda yol qəzası olub,4 nəfər xəsarət alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol