Atasını Gürcüstana aparan baş redaktor sərhəddən buraxılmadı

22:04 | 10.08.2018
Atasını Gürcüstana aparan baş redaktor sərhəddən buraxılmadı

Atasını Gürcüstana aparan baş redaktor sərhəddən buraxılmadı

"Gununsesi.info" saytının baş redaktoru Pərviz Həşimlinin ölkədən çıxışına qadağa qoyulub.
 
Musavat.com xəbər verir ki, bu barədə o, özü "Feysbuk" sosial şəbəkəsində məlumat verib.


P.Həşmli Gürcüstana getməsinin səbəbini atasını qonşu ölkəyə tibbi müayinəyə aparması ilə izah edib.


P.Həşimli yazıb: "Nə xəbərdarlıq, nə də məhkəmə qərarı olmadan gununsesi.info ölkə daxilində bloklandi. İstintaqa çəkildim. İltizama imza atdığımdan detalları demirım. Bildirirəm ki, qarşıma qoyulan 10 yazinin 5 -i Baş Prokurorluga istinadən gedən yazilar idi, qalanları da təkzibi mümkün olmayan xəbərlərdir.


Butün bunlar azmış kimi ölkədən çıxışıma stop qoyulub. Atamı Gürcüstana müayinəyə aparırdım, sərhəddən məni buraxmadılar. 


Şahid qismində dindirildiyimi nəzərə alsaq, o zaman bu hərəkəti qanunsuz hesab edirəm".


P.Həşimli statusunun sonunda yazıb ki, prokurorluğun bu dəfə ona qarşı ədalətli olacağına inanır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM