• $
  • €
  • ₽
  • ₺
  • £

Atasu-Alaşankou magistral neft kəməri ilə Çinə göndərilən Rusiya neftinin həcmi açıqlanıb

Atasu-Alaşankou magistral neft kəməri ilə Çinə göndərilən Rusiya neftinin həcmi açıqlanıb
09.04.2024 12:25
2024-cü ilin yanvar-martında "KazTransOil” SC Atasu-Alaşankou magistral neft kəməri ilə 2 milyon 507 min ton həcmində Rusiya neftini Çinə göndərib. Bu barədə şirkət məlumat yayıb.
 
2023-cü ildə Rusiya neftinin Qazaxıstandan Çinə tranzitinin həcmi 9 milyon 989 min ton təşkil edib.

2014-2023-cü illərdə "KazTransOil” SC Qazaxıstan ərazisindən keçməklə Çinə 91 milyon ton Rusiya neftinin tədarükünü təmin edib.
 
2014-cü ildən şirkət Rusiya neftinin Qazaxıstan ərazisindən keçməklə Çinə tranzitini həyata keçirir.
 
2022-ci ildə "KazTransOil” SC "Rosneft” şirkəti ilə Rusiya neftinin Qazaxıstan ərazisindən keçməklə Çinə nəqli üzrə xidmətlərin göstərilməsi üzrə müqavilənin müddətini 2033-cü il dekabrın 31-dək uzadıb.
 
2022-ci ildə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Transxəzər dəhlizi ilə neft nəqlinin artırılması ilə əlaqədar olaraq "KazMunayQaz” və SOCAR arasında "Tengiz” yatağından hasil edilən, Bakı-Tbilisi-Ceyhan kəməri istiqamətində ildə 1,5 milyon ton neftin nəqlini nəzərdə tutan saziş imzalanıb.
 
2024-cü ildə Qazaxıstan neftinin Rusiya ərazisindən tranzit daşınması üzrə xidmətlərin göstərilməsi haqqında saziş və "Transneft” ilə Qazaxıstanın neft kəmərlərinin operatoru "Kaztransoil" arasında yenilənmiş əməkdaşlıq memorandumu imzalanıb.
 
Aygün Mirakif

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
OPEC: Sentyabrda BTC ilə neft ixracı 1 % azalıb
İqtisadiyyat 17:20
OPEC: Sentyabrda BTC ilə neft ixracı 1 % azalıb
Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
İqtisadiyyat 15:47
Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
"Azəralüminium"un xalis mənfəəti 2 %-dən çox azalıb
İqtisadiyyat 15:25
"Azəralüminium"un xalis mənfəəti 2 %-dən çox azalıb
Azərbaycan əhalisinin gəlirləri artıb
İqtisadiyyat 11:50
Azərbaycan əhalisinin gəlirləri artıb
Azərbaycanda iqtisadi artım 2%-ə yaxınlaşıb
İqtisadiyyat 11:20
Azərbaycanda iqtisadi artım 2%-ə yaxınlaşıb
2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib
İqtisadiyyat 10:49
2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib
ING Azərbaycanın inflyasiya proqnozunu açıqlayıb
İqtisadiyyat 10:08
ING Azərbaycanın inflyasiya proqnozunu açıqlayıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 09:50
Qızıl və gümüş bahalaşıb
Azərbaycan neftinin qiyməti açıqlanıb
İqtisadiyyat 09:34
Azərbaycan neftinin qiyməti açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol