Atatürkün vəsiyyəti itdi

17:29 | 10.03.2015
Atatürkün vəsiyyəti itdi

Atatürkün vəsiyyəti itdi

"Türkiyə Respublikasının qurucusu Atatürkün vəsiyyəti Dövlət arxivlərində yoxdur. Bu, böyük qalmaqaldır”.  

 Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyənin Memarlar Odası Ankara şöbəsinin rəhbəri Tezcan Qaraquş Candan çıxış edib. O, Ankara Ədliyyəsində "Atatürk Meşə Cütlüyü”nə dair keçirilən məhkəmə prosesi barədə açıqlama verib: 

  "Məhkəmədə Meşə Cütlüyünə dair Atatürkün vəsiyyətini istədik. Lakin bugünkü prosesdə Dövlət Arxiv idarəsinin rəsmiləri vəsiyyətin onlarda olmadığını söylədi. Biz bu açıqlama ilə şoka düşdük. Dövlətin qurucusunun öz əl yazısı ilə yazılmış vəsiyyəti dövlət arxivlərində yoxdur. Dövlət Arxiv İdarəsi bununla da vəsiyyətin itdiyini təsdiqləmiş oldu”.   

Qeyd edək ki, Memarlar Odasının Ankara şöbəsi Atatürkün Meşə Cütlüyünə dair vəsiyyətinin pozulması barədə məhkəməyə müraciət edib.   Onu da bildirək ki, Meşə Cütlüyü Atatürkün 5 may 1925-ci il qərarı ilə Ankarada qurulub. Atatürk zamanla bura gəlib istirahət edirmiş.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti