• $ 1.7
  • € 1.94
  • ₽ 0.021438
  • ₺ 0.0432
  • £ 2.3031

Atatürk parkı yenidənqurmadan sonra belə olacaq - FOTOLAR

Atatürk parkı yenidənqurmadan sonra belə olacaq - FOTOLAR
29.05.2020 06:19
Bakı şəhəri Nərimanov rayonunda yerləşən Atatürk parkı hazırda əsaslı təmir olunur.

Bakı Şəhər İcra Hakimiyyətindən Anews.az-a verilən məlumata görə, bu park böyük bir şəxsiyyətin – Türkiyə Respublikasının qurucusu və banisi Mustafa Kamal Atatürkün adını daşıyır. Eyni zamanda bu park Azərbaycan və Türkiyə Respublikaları arasında dostluq və qardaşlıq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində görülən işlərdən biridir.

İndiyə qədər parkdakı şərait istər ərazidə yaşayanları, burada istirahət edənləri, istərsə də parkdan keçənləri, bir sözlə heç kimi qane etməyib. Bununla əlaqədar vətəndaşlardan mütəmadi olaraq Bakı şəhər İcra Hakimiyyətinə müxtəlif xahiş və təkliflər ünvanlanıb. Həmin müraciətlər nəzərə alınaraq, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Nərimanov rayon İcra Hakimiyyəti ilə birlikdə Atatürk parkının tam şəkildə yenidən qurulması, abadlaşdırılması ilə əlaqədar layihə sənədləri hazırlanıb. Həmin layihə sənədləri əsasında parkın ən müasir standartlara cavab verən şəkildə yenidən qurulması nəzərdə tutulub. Parkda müxtəlif istirahət guşələri, əyləncə qurğuları yaradılacaq, o cümlədən parkda istirahət edən insanların müəyyən tələblərini ödəmək üçün bir neçə ictimai iaşə obyekti istifadəyə veriləcək.

Bakı şəhər İcra Hakimiyyətindən bildirilib ki, 2 ay əvvəl parkda əsaslı təmir- yenidənqurma işlərinə başlanıb. Parkdakı obyektlərin sənədləri araşdırılıb. Mülkiyyət sənədləri (Çıxarışı) olan obyekt sahiblərinə obyektlərində müasir standartlara, parkın yeni layihəsinə uyğun formada yeniləşdirmə aparılması işləri tapşırılıb. Digər işlər isə layihə sənədlərində nəzərdə tutulub. O cümlədən, parkdakı ağacların budanması, cavanlaşdırılması işləri də görülür. Bu işlər Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Departamenti tərəfindən həyata keçirilir.

Bakı şəhər İcra Hakimiyyətindən bildirilib ki, layihəyə uyğun olaraq gələcəkdə parkda əlavə digər ağacların, kolların əkilməsi, güllərdən müxtəlif kompozisiyaların düzəldilməsi, qazon örtüyünün yenilənməsi nəzərdə tutulub.

Yaxın aylarda bu parkın sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub.
 





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
Cəmiyyət 13:12
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
Sürücülük vəsiqəsində göstərilən məlumatlar EHİS-dən əldə ediləcək
Cəmiyyət 13:05
Sürücülük vəsiqəsində göstərilən məlumatlar EHİS-dən əldə ediləcək
Sabah 33 dərəcə isti olacaq
Cəmiyyət 12:13
Sabah 33 dərəcə isti olacaq
Bakıda oğurluq edən 4 nəfər saxlanılıb
Cəmiyyət 12:09
Bakıda oğurluq edən 4 nəfər saxlanılıb
Sabirabadda qəza nəticəsində avtomobil yanıb
Cəmiyyət 11:25
Sabirabadda qəza nəticəsində avtomobil yanıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:48
Faktiki hava açıqlanıb
Çaylarda sululuq artıb
Cəmiyyət 10:15
Çaylarda sululuq artıb
AZAL bayramla əlaqədar Naxçıvana reyslərin sayını artırıb
Cəmiyyət 10:01
AZAL bayramla əlaqədar Naxçıvana reyslərin sayını artırıb
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 09:57
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol