Atdığı qartopu ölümünə səbəb oldu

21:27 | 13.12.2013
Atdığı qartopu ölümünə səbəb oldu

Atdığı qartopu ölümünə səbəb oldu

Onu qovan taksi sürücüsündən qaçmaq istəyən azyaşlı Yusifi maşın vurub.Gün.Az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, hadisə Türkiyənin Küçükçekmece yaşayış sahəsində (İstanbulda) baş verib.Dostları ilə qartopu oynayan Yusif bilmədən qar topasını taksiyə doğru atıb. Buna görə də, həmin taksinin sürücüsü tərəfindən qovulan uşaq E-5 trassına çıxıb.Hadisə axşam 21:00 radələrində baş verib. Qaranlıq olduğundan, iri magistral yoldan keçən maşınlardan biri uşağı vurub. Yusif dərhal ölüb. Onu qovan taksinin də, vuran maşının da sürücüləri hadisə yerindən qaçıblar.Hadisəni görənlər və digər sürücülər dərhal polisə zəng ediblər. Uşağın cansız bədəni Özəl Doğan Xəstəxanasına, oradan da araşdırma üçün morqa göndərilib.Onu vuran sürücünün avtomobilinin seriya nömrəsi müəyyənləşdirilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM