Atəş açan məmur oğlu tutuldu

Ermənistanda bir neçə gün əvvəl baş vermiş davada silahdan istifadə edən İrəvan merinin müşaviri Araik Kotandjyanın oğlu Samvel Kotandjyan saxlanılıb. ANS PRESS-in məlumatına görə, polisin araşdırmaları nəticəsində Samvel Kotandjyan tutulub. Hazırda onun ifadəsi alınır.Xatırladaq ki, iyunun 6-sı gecə saat 23 radələrində İrəvanda mərkəz küçələrdən birində naməlum şəxslər arasında dava düşmüşdü. Dava zamanı onlardan biri tapançadan havaya bir neçə dəfə atəş açmışdı. Polis hadisə yerindən 4 giliz tapmışdı. Məlum olmuşdu ki, havaya atəş açan şəxs İrəvan merinin müşaviri Araik Kotandjyanın oğludur.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 