Atəşkəs dövründə Qəzzada dağıntılar altından 200-dən çox cəsəd çıxarılıb

10:40 | 23.01.2025
Atəşkəs dövründə Qəzzada dağıntılar altından 200-dən çox cəsəd çıxarılıb

Atəşkəs dövründə Qəzzada dağıntılar altından 200-dən çox cəsəd çıxarılıb

Qəzzada təşkəs qüvvəyə mindikdən sonra dağılmış evlərin dağıntıları altından 212 cəsəd çıxarılıb. Bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.

Fələstinin Səhiyyə Nazirliyinin məlumatına görə, münaqişədən 14200-dən çox adam, o cümlədən 5000 qadın və uşaq itkin düşüb.

Yanvarın 15-də İsrail və HƏMAS-ın Qəzza zolağında atəşkəs və anklavda saxlanılan girovların azad edilməsi ilə bağlı razılığa gəldiyini elan ediblər.
 
Razılaşmanın ilk 42 günlük mərhələsində Həmas İsrailin yüzlərlə fələstinli məhbusu azad etməsi müqabilində 33 girovu azad edəcək. Müqavilə yanvarın 19-da qüvvəyə minib.
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti