Atəşkəs Qəzzada aclığın qarşısını almağa kömək edib - BMT
![Atəşkəs Qəzzada aclığın qarşısını almağa kömək edib - BMT Atəşkəs Qəzzada aclığın qarşısını almağa kömək edib - BMT](https://beta.anews.az/photo/850x500/2025-02/1739127958_bee16401-9405-3c7d-b19a-d9f80748a933_850.jpg)
İsrail və HƏMAS arasında əldə olunan atəşkəs Qəzza zolağında aclığın qarşısını əhəmiyyətli dərəcədə almağa imkan verib, lakin bölgədə humanitar vəziyyət mürəkkəb olaraq qalır.Bunu BMT-nin fövqəladə yardım koordinatoru və Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsinin (OCHA) rəhbəri Tom Fletçer İsrail və Qəzza zolağına iki günlük səfərindən sonra "Associated Press"ə müsahibəsində bildirib.
Bununla belə, Fletçer vurğulayıb ki, Qəzzadakı vəziyyət hələ də acınacaqlıdır və bölgə sakinləri ciddi humanitar böhranla üzləşirlər.
"Əgər atəşkəs pozularsa, aclıq tezliklə geri qayıdacaq", – o əlavə edib.
BMT rəsmisi İsrail və HƏMAS-ı atəşkəs şərtlərinə əməl etməyə çağırıb və Qəzza əhalisinin daha çox ərzaq, dərman, çadır və sığınacağa ehtiyacı olduğunu bildirib. O, həmçinin anklavda yoluxucu xəstəliklərin yayılma riskinin artdığını qeyd edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)