ATƏT Debaltsevoda atəşi dayandırmağa çağırdı

00:10 | 17.02.2015
ATƏT Debaltsevoda atəşi dayandırmağa çağırdı

ATƏT Debaltsevoda atəşi dayandırmağa çağırdı

ATƏT-in parlament assambleyası Ukraynanın cənub-şərqindəki münaqişə tərəflərini Minsk razılaşmalarına sadiq qalmağa və döyüş əməliyyatlarını dayandırmağa çağırıb.

APA-nın BBC-yə istinadən məlumatına görə, ATƏT parlament assambleyasının sədri İllka Suominen Debaltsevo şəhərində atəşkəsin pozulmasından narahatlığını bildirib.
 
"Mən təmas xəttinin əksər hissələrində atəşkəsin əldə olunduğunu alqışlayıram. Lakin separatçıların atəşkəsin Debaltsevo şəhərinə aid olmaması barədə bəyanatları qəbuledilməzdir. Mən tərəfləri Minskdə əldə olunmuş razılaşmalara riayət etməyə çağırıram”, deyə İ.Suominen bildirib.
 
Xatırladaq ki, bundan əvvəl tərəflər bir birilərini fevralın 15-nə razılaşdırılmış atəşkəsin pozulmasında ittiham ediblər.
 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM