ATƏT-in hazırkı sədri, İsveçrənin xarici işlər naziri Didye Burkhalter cəbhə xəttində ötən gün erməni vertolyotunun vurulmasına görə narahat olduğunu bildirib.
ANN.Az Modern.az-a istinadən xəbər verir ki, Burkhalter Azərbaycan və Ermənistan prezidentlərini atəşkəs rejiminin pozulmaması və bu kimi insidentlərin təkrarlanması üçün bütün vasitələrdən istifadə etməyə çağırıb. ATƏT sədri atəşkəsin pozulmasının bu il rekord sayda insanın ölümünə səbəb olmasına da təəssüflənib: “Münaqişənin həlli üçün atəşkəs rejiminin ciddi qorunması və tərəflərin münaqişənin həlli üçün üzərlərinə götürdükləri öhdəliklərə hörmətlə yanaşması lazımdır”.
Didye Burkhalter avqustun 10-da Soçidə Azərbaycan və Ermənistan prezidentlətinin görüşünü müsbət qiymətləndirib və tərəflərin bundan sonra da tez-tez dialoqda olmasını önə çəkib.
ANN.Az