Azərbaycanda fəaliyyətə başlayan ATƏT DTİHB-in növbədənkənar parlament seçkilərini müşahidə edəcək uzunmüddətli müşahidə missiyası artıq Bakıdadır. Bu barədə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının rəhbəri Ditmir Buşati bildirib.
Missiya 11 ölkəni təmsil edən 11 beynəlxalq ekspertdən ibarətdir.
Missiya Mərkəzi Seçki Komissiyasının dəvəti ilə Azərbaycana gəlib. Məqsəd sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkilərini və seçki qabağı vəziyyəti müşahidə etmək və qiymətləndirməkdir.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !