ATƏT DTİHB seçki zamanı plüralizmin səviyyəsindən narazı olduğunu bildirib

15:07 | 08.02.2024
ATƏT DTİHB seçki zamanı plüralizmin səviyyəsindən narazı olduğunu bildirib

ATƏT DTİHB seçki zamanı plüralizmin səviyyəsindən narazı olduğunu bildirib

Seçkiyə hazırlıq yaxşı təşkil edilsə və peşəkar olsa da,  həqiqi plüralizm yox idi və tənqidi səslər davamlı olaraq boğurulub. Bu barədə  ATƏT PA və ATƏT DTİHB-in birgə bəyanatında bildirilib. 

"Növbədən kənar prezident seçkiləri yaxşı təşkil edilsə də, seçkilər məhdudlaşdırıcı mühitdə keçirildi. Kritik səslər və siyasi alternativlər əsasən yox idi. Təəssüflər olsun ki, hüquqi bazanın demokratik seçkilər üçün beynəlxalq standartlara uyğunlaşdırılması prossesi ilə bağlı əvvəlki tövsiyələr diqqətdən kənarda qalmışdı. Nəticə etibarilə qanunda və praktikada çoxsaylı məhdudiyyətlər mövcud olmaqda davam edir”, - ATƏT-in qısamüddətli müşahidəçilər missiyasının Xüsusi Koordinatoru və rəhbəri Artur Gerasimov deyib.
 
O həmçinin qeyd edib ki, biz ilk dəfə müstəqillik əldə etdikdən sonra Azərbaycanın benəlxalq ictimaiyyət tərəfindən tanınan bütün suveren ərazisində seçkilərin keçirilməsinin şahidi olduq.
 
MSK rəhbərliyi və MDB-dən olan müşahidəçilər isə seçkilərin plüralizm  şəraitində keçirildiyini vurğulayıblar. 

Mətanət Abbas

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM