ATƏT-in fəaliyyətdə olan sədri Cənubi Qafqaza gəlir

13:51 | 26.02.2014
ATƏT-in fəaliyyətdə olan sədri Cənubi Qafqaza gəlir

ATƏT-in fəaliyyətdə olan sədri Cənubi Qafqaza gəlir

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə xarici siyasət idarəsinin rəhbəri Didye Burkhalter Cənubi Qafqaz bölgəsinə səfər edəcək.APA-nın xəbərinə görə, bunu D. Burkhalter Vaşinqtonda Helsinki Komissiyasındakı çıxışı zamanı deyib. O, səfərin tarixini açıqlamayıb. D. Burkhalter bildirib ki, Cənubi Qafqaz regionu İsveçrənin ATƏT-ə sədrliyinin prioritet istiqamətlərindən biridir.    Qeyd edək ki, ötən ilin sonlarında Cenevrədəki Humanitar Dialoq Mərkəzinin eksperti Anjelo Qnadinger ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyin olunub. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM