"Bilirsiniz, biz bu barədə artıq şərh vermişik, lakin müvafiq açıqlamaların verildiyini nəzərə alaraq, bu mövzuya qayıdaq. Sadəcə xatırladıram: onların rəsmi nümayəndələri və Minsk Qrupunun həmsədrləri 2022-ci ilin fevralında rusiyalı həmkarları ilə təmasları dayandırıblar.
Başqa bir tərəfi isə budur ki, 2022-ci ilin oktyabrın 6-da Praqada keçirilən Azərbaycan, Ermənistan, Fransa və Avropa İttifaqının sammitinin yekunlarına əsasən Ermənistanın Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıması, 2023-cü ilin sentyabrında yerdə vəziyyətin köklü şəkildə dəyişməsi ATƏT-in Minsk Qrupunun mandatının aktuallığını itirməsi ilə nəticələnib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !