ATƏT məlumat yaydı

09:00 | 20.12.2013
ATƏT məlumat yaydı

ATƏT məlumat yaydı

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa), Ceyms Uorlik (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində son hadisələri müzakirə etmək məqsədilə dekabrın 15-19-da bölgəyə səfər ediblər.APA-nın verdiyi xəbərə görə, bu barədə ATƏT-in yaydığı pres-relizdə deyilir. Pres-relizdə qeyd olunur ki, həmsədrlər dekabrın 15-də Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə, dekabrın 16-da Yerevanda Ermənistan prezidenti Serj Sarkisyanla, dekabrın 17-də isə Dağlıq Qarabağın “de-fakto hakimiyyət” nümayəndələri ilə görüşüblər. Prezidentlər və həmsədrlər noyabrın 19-da Vyanada keçirilmiş yüksək səviyyəli görüşün və Azərbaycan və Ermənistan XİN rəhbərlərinin dekabrın 4-5-də Kiyevdə baş tutmuş görüşünün yekunlarını müzakirə ediblər. Onlar bu konkret danışıqlara əsaslanaraq 2014-cü ilin yanvar ayında səyləri davam etdirməkdə qətiyyətli olduqlarını bildiriblər. Həmsədrlər qeyd ediblər ki, sərhəddə baş verən zorakılıq aktları sülh perspektivlərini sarsıdır. Onlar tərəfləri gərginlik yarada biləcək addımlardan çəkinməyə və danışıqlar masası arxasında irəliləyişə səbəb olacaq ab-hava    yaratmaq üçün çalışmağa çağırıblar. “Həmsədrlər 2014-cü ilin yanvar ayında ATƏT-in yeni sədri ilə məsləhətləşmələr aparmaq üçün İsveçrəyə səfər edəcəklər. Bundan sonra Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü və növbəti sammitə hazırlıq planlaşdırılır”, deyə pres-relizdə deyilir.  ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM