• $ 1.7
  • € 1.9911
  • ₽ 0.021666
  • ₺ 0.0425
  • £ 2.3096

ATƏT sədri Azərbaycana niyə gəlir? - GÖZLƏNTİLƏR

ATƏT sədri  Azərbaycana niyə gəlir? - GÖZLƏNTİLƏR
11.01.2023 13:32
ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Azərbaycana səfər edəcək. Bu barədə ATƏT-in rəsmi saytında məlumat verilib. 
 
Bəs görəsən, ATƏT nümayəndəsinin  Azərbaycana səfərindən gözləntilər nədir?
 
Milli Məclisin deputatı Elman Nəsirov bildirir  ki, ATƏT nümayəndəsi regiona  təhlükəsizlik məsələlərin müzakirə etmək məqsədi ilə gəlir. 
 
"ATƏT faktiki olaraq, 28 illik fəaliyyətində münaqişəni nəinki həll edə bilmədi, əksinə bir çox hallarda  maneəyə çevrildi. Bu münaqişənin əbədi olmasında maraqlı oldu. Buna görə də həm Bakıda həm də, İrəvanda müzakirə etmək qərarındadırlar. Bu dəfə hər iki tərəfə  vəziyyətin normallaşması istiqamətinə aid təkliflər irəli sürüləcək. Amma istənilən halda bu quruma etibar yoxdur. Ermənilər can atırlar ki ATƏT-i yenidən dirçəltsinlər. Amma bu mənasızdır. Çünki ATƏT-in yaratığı Minsk qrupu ancaq münaqişəni durdurmaq ilə məşğul olub.  Gəlməkdə məqsəd ATƏT-ə yenidən şans almaqdan başqa bir şey deyil", - deputat bildirib.
 
Beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəylinin fikrincə, ATƏT-in Azərbaycana gəlməsinin kökündə erməni məsələsinin müzakirəsi dayanır.

"Bu qurumun əsas missiyası Avropada təhlükəsizlik və əməkdaşlığın pararel şəkildə yürüdülməsidir.  Son 30 il ərzində Qarabağ münaqişəsi ilə bağlı ATƏT  bir neçə təkliflə çıxış edib. Amma o təkliflərin heç biri Azərbaycan tərəfindən birmənalı şəkildə qəbul edilməyib. Azərbaycanın yeddi rayonunun dördü ilə bağlı BTM qətnamələri var. Amma sonrakı mərhələlərdə ATƏT tamamilə dəyişib. Hazırda Azərbaycan ATƏT Minsk qrupundan rəsmi şəkildə imtina etməsə də, onun Qarabağa yönəlik atdığı addımları qəbul eləmir.  ATƏT indi bu məsələləri həll etməyə gəlir. İkincisi Azərbaycanla dil tapmaq məsələsidir. Hansı ki, ATƏT-in Azərbaycana gəlməsini əks mövqe kimi düşünürəm. ATƏT-in Azərbaycana gəlməsinin kökündə erməni məsələsinin müzakirəsi dayanır. Onun gündəliyində Qarabağdakı məsələlər də var.  ATƏT-in son çıxışlarında ancaq erməni mövqeyindən çıxışlar edilir.  ATƏT-in son açıqlamalarında bir dəfə də olsun Azərbaycanla bağlı məsələ yoxdur",- mütəxəssis əlavə edib.
 
Əlibəylinin fikrincə, Prezidentin yerli kanallara müsahibəsindən hiss olunur ki, 2024 cü ildə Azərbaycanla Ermənistan arasında yenidən müharibə olacağı gözlənilir.
 
"Ermənistanın razılaşmayacağı tədqirdə Ermənistana qarşı sərhəddə müharibə olma ehtimalı var. Bunu biz dünən prezidentin çıxışında da gördük. Çıxışda verdiyi mesajlarda mütləq şəkildə  hərbi toqquşmaların olacağı proqnozlaşdırılır. Konkret olaraq 2024 cü ildə olacağı nəzərdə tutulub.  Ermənistanın razılaşmayacağı tədqirdə  ermənistana qarşı sərhəddə müharibə olma ehtimalı var. ATƏT-in gəlmə səbəblərindən biri də budur.
 
ATƏT 1975-ci ildə yaradılandan bəri təşkilatın 6 sammiti keçirilib. Təşkilatın son zirvə görüşüləri 1999-cu ildə İstanbulda, 2010-cu ilin dekabrın 1–2-də Astanada keçirilib. Astana sammitində təşkilata üzv olan 56 ölkənin, habelə qurumun tərəfdaşı olan 12 ölkənin dövlət və hökumət başçıları, o cümlədən 68 beynəlxalq təşkilatın rəhbərləri iştirak edib.

Azərbaycan 1992-ci ildən ATƏT-in üzvüdür. Həmin il martın 24-də Qarabağ münaqişəsinin sülh yolu ilə, danışıqlar vasitəsi ilə həlli üçün ATƏT-in Minsk qrupu yaradıldığı bəyan edilib.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol