ATƏT PA sədri Azərbaycana gəlir

11:35 | 20.01.2016
ATƏT PA sədri Azərbaycana gəlir

ATƏT PA sədri Azərbaycana gəlir

ATƏT PA sədri İlkka Kanerva yanvarın 24-25-də Azərbaycanda səfərdə olacaq.
 
APA-nın məlumatına görə, bu barədə Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib.
 
Səfər çərçivəsində Milli Məclisdə və digər rəsmi şəxslərlə görüşlər nəzərdə tutulur.
 
Görüşlərdə ATƏT PA ilə münasibətlər, ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında rolu və digər məsələlər müzakirə olunacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM