ATƏT parlamentarilərinə sərt ittiham

13:29 | 01.07.2014
ATƏT parlamentarilərinə sərt ittiham

ATƏT parlamentarilərinə sərt ittiham

"Norveçdə və yaxud başqa yerdə o qədər insan həbsxanada yatır ki, amma onlar haqda bizim deputatlar bir fikir söyləmir".
Bunu Aktual.az-a YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib. Millət vəkili ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçirilən 23-cü illik sessiyası çərçivəsində təşkilatın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin iclasında SMDT-nin sədri Anar Məmmədlinin həbsində siyasi motivlərin olması ilə bağlı ATƏT qanununa 44-cü düzəlişin edilməsinə münasibət bildirib:
"Anar Məmmədli elə bu insanlardan maliyyə alaraq vergidən yayınıb və elə onların da tapşırığına əsasən, seçkilərə saxta rəy yazıb. Anar Məmmədlinin məsələsi sırf vergidən yayınmaq və aldığı qrantların mənimsənilməsidir. Burada heç bir siyasi motiv yoxdur. Ona görə də, bunların nə qərar qəbul etməsindən asılı olmayaraq, Azərbaycan qanunvericiliyi var. Əsas odur ki, qəbul edilmiş qərar heç bir fundamental və hüquqi təhlilə əsaslanmır. Ona görə də hesab edirəm ki, qanun qarşısında kimin hansı fəaliyyətlə məşğul olmasından asılı olmayaraq, hamı bərabərdir".
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM