ATƏT: "Münaqişə 20 il dondurulmuş vəziyyətdə qalmamalıydı"

12:33 | 06.08.2014
ATƏT: "Münaqişə 20 il dondurulmuş vəziyyətdə qalmamalıydı"

ATƏT: "Münaqişə 20 il dondurulmuş vəziyyətdə qalmamalıydı"

ATƏT-in Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Soares Ermənistan-Azərbaycan sərhədində baş verənlərdən dərin narahatçılıq keçirdiyini və tərəflərin sülhə nail olmaq üçün səyləri davam etdirmələrininin vacib olduğunu bildirib.
 
Bu barədə Axar.az-a ATƏT-in Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin köməkçisi Riçard Solaş məlumat verib:
 
"Bu münaqişənin 20 il ərzində dondurulmuş qalması Dağlıq Qarabağ ətrafında getdikcə pisləşən təhlükəsizliklə bağlı durumu daha da ağırlaşdırır. Bütün tərəflərin xüsusilə sadə insanlara qarşı zorakılıq və təxribat xarakterli hərəkətlərdən çəkinməyə, təcili və uzunmüddətli, diplomatik həll üçün səyləri birəşdirməsi lazımdır. Azərbaycan və Ermənistan prezidentlərinin bu həftə Soçidə görüşü bu proses üçün ilk addım olmalıdır".
 
Joao Soares ATƏT və bir sıra başqa beynəlxalq təşkilatların münaqişənin həlli üçün töhfə verə biləcəyini deyib:
 
"Beynəlxalq ictimaiyyət və ATƏT münaqişənin həlli üçün yeni ideya və mexanizmləri nəzərdən keçirə bilər".
 
Xatırladaq ki, 28 iyun-2 iyul tarixlərində ATƏT PA-nın Bakıda keçirilən 23-cü yay sessiyasında Ermənistandan olan parlamentarilər də iştirak etmişdilər və Joao Soares mediaya verdiyi açıqlamada bu sessiyanın əhəmiyyətindən də danışıb.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM